Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron: Fransa polisi Yeni Kaledoniyada qalacaq

Makron: Fransa polisi Yeni Kaledoniyada qalacaq

Tarix: 23 May 2024 11:50

Fransız polisi və jandarm qüvvələri lazım olduğu müddətəcən Yeni Kaledoniyada qalacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron arxipelaqda olarkən bildirib.

"Yaxın bir neçə saat ərzində Yeni Kaledoniyaya yerləşdiriləcək təhlükəsizlik qüvvələri lazım olduğu müddətcə orada qalacaq. Prioritet məqsəd qayda-qanunları bərpa etməkdir", - prezident "X" sosial şəbəkəsində paylaşım edib.

"Le Monde" qəzetinin məlumatına görə, E.Makron Fransa Ali Komissarlığının Yeni Kaledoniyadakı ofisinə səfəri zamanı arxipelaqa göndərilən hüquq-mühafizə orqanları əməkdaşlarının sayının 3 min nəfərə çatdırılacağını bildirib və əlavə edib ki, onlar hətta Olimpiya və Paralimpiya Oyunları zamanı da orada qala bilərlər.

Əlavə edib ki, yerli ictimai-siyasi xadimlər barrikadaların götürülməsinə çağırsalar, fövqəladə vəziyyət uzadılmayacaq.

Milli.Az


Etiketlər:  Makron Fransa polisi Yeni Kaledoniyada qalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ