Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yoxluğuna inanmıram, elə bil harasa gedib''

''Yoxluğuna inanmıram, elə bil harasa gedib''

Tarix: 24 May 2024 07:40

"Mən hələ də şokdayam. Cavanşirin yoxluğuna inanmıram. Elə bil harasa gedib".

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Xəzər axşamı" verilişində mərhum həmkarı, Əməkdar artist Cavanşir Məmmədovla bağlı danışarkən deyib.

Müğənni bildirib ki, sənətçinin həyat yoldaşı Xalidə xanım da onun ölümü ilə barışa bilməyib:

"Bayaq həyat yoldaşı Xalidə xanımla danışanda da dedim ki, hələ də şokdayam. O da mənə söylədi ki, "Elə bilirəm, Cavanşir evdə gəzir, inanmıram ki, artıq yoxdur. Çox ani oldu. Toydan gəldi, yemək yedi, çayını içdi, güldük, zarafatlaşdıq, nəvələri ilə oynadı. Səhər ayıldıq yenə də hər şey eyni ilə... Üç dəfə xırıltısı gəldi, vəssəlam".

Qeyd edək ki, C.Məmmədov aprelin 20-də ürəktutmasından dünyasını dəyişib.


Etiketlər:  Yoxluğuna inanmıram elə harasa gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ