Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2024 15:05
Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva bir neçə gündür ki, səhhəti ağırlaşdığından Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sənətkarın xanımının vəziyyətini öyrənmək üçün Bizim.Media-nın əməkdaşı aktyorun oğlu Rövşən Qliyevlə əlaqə saxlayıb.
O bildirib ki, anasının vəziyyəti daha da ağırlaşıb:
"Anam Gülzar xanımın vəziyyəti səhərə yaxın daha da ağırlaşıb. Halı indi daha da pisdir. Komatoz vəziyyətdədir. Həkimlər əllərindən gələni edirlər ki, anamı bu vəziyyətdən çıxarsınlar", - deyə R.Quliyev qeyd edib.