Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2024 19:50
Mərhum həyat yoldaşı ilə bağlı sual Əməkdar artist Bəsdi Sevdiyevanı göz yaşına boğub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Rəngarəng səhər" verilişində qonaq olan müğənni 1 il əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtay Axundovdan danışıb. O, mərhumun xəstəliyindən söz açıb:
"Burada həkimlər dedi ki, 10-15 gün ömrü qalıb. Bir günün içində onu Moskvaya, Türkiyəyə apardıq. İnanmadıq... Getməzdən əvvəl evdə danışdıq, vidalaşdıq. Amma Türkiyədə danışa bilmədik, pis halda idi. Çox çətin idi bizə".
Həyat yoldaşının ölümündən sonra depressiyaya düşdüyünü deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.