Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanda ÜDM-in 121 mlrd. manatdan çox olacağı proqnozlaşdırılıb

Bu il Azərbaycanda ÜDM-in 121 mlrd. manatdan çox olacağı proqnozlaşdırılıb

Tarix: 24 May 2024 23:00

2024-ci ildə Azərbaycanda ÜDM-in 121 mlrd. manatdan çox olacağı proqnozlaşdırılıb.

Sonxeber.net bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3,0 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Əlavə edilib ki, yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.


Etiketlər:  Azərbaycanda ÜDM mlrd manatdan çox olacağı proqnozlaşdırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ