Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana uçan maşınlar nə vaxt gələcək?

Azərbaycana uçan maşınlar nə vaxt gələcək?

Tarix: 25 May 2024 10:24

Uçan maşınların Azərbaycanda olması üçün heç bir maneə yoxdur.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

"Hesab edirəm ki, bu maşınlardan daha çox turistik ərazilərdə və yaxud iki şəhər arasında marşrut kimi istifadə edilə bilər. Hələlik uçan maşınların Bakıda gündəlik taksi kimi fəaliyyəti mümkün deyil, bunun reallaşması uzun illər aparacaq", - E.Cəfərov bildirib.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, uçan maşın Azərbaycana on illər sonra gəlib çıxa bilər:

"Bu texnologiyanın istehsalı ilə məşğul olan ölkələr də tərəddüd içindədir. Azərbaycan reallığı ilə baxsaq, bu kimi layihələrin hazırda tətbiqi mümkün deyil - bu, infrastruktur, onunla davranış məsələləridir. Əslində dünyanın heç bir ölkəsi buna tam şəkildə hazır deyil. Bu proses vaxt aparacaq".

Milli.Az


Etiketlər:  Azərbaycana uçan maşınlar vaxt gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ