Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizdən yeni rekord

Millimizdən yeni rekord

Tarix: 25 May 2024 16:38

Paraatletika üzrə Azərbaycan milli komandası tarixi nəticəyə imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığmamız bu rekorda Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında nail olub.

Yarışı ümumilikdə 4 qızıl medalla başa vuran paralimpiyaçılarımız ilk dəfə dünya çempionatında belə yüksək nəticə əldə ediblər. Bunadək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş mundialda (3 qızıl, 1 gümüş, 2 bürünc) qeydə alınmışdı.

Qeyd edək ki, Yaponiyadakı dünya çempionatında Lamiyə Vəliyeva qaçış üzrə iki qızıl (100 metr, 400 metr), Orxan Aslanov və Səid Nəcəfzadə isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar.


Milli.Az


Etiketlər:  Millimizdən yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ