Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 17:00
Qarabağ separatçıları Ermənistanda həbs olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Xankəndi, Ağdərə və Əsgəranın keçmiş qondarma "merləri" Ermənistanda tutulub.
Xankəndinin keçmiş "mer"i David Sarkisyan və Ağdərənin keçmiş "mer"i Mişa Qürdcan korrupsiya əməllərində ittiham olunurlar.
Onlar dələduzluqda və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.
Qeyd edək ki, daha əvvəl Əsgəranın keçmiş "mer"i Ayk Şamiryan da eyni ittihamla saxlanılıb.