Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 min metr məsafədədünya rekordu qırıldı

10 min metr məsafədədünya rekordu qırıldı

Tarix: 26 May 2024 18:52

ABŞ-də baş tutuan "Diamond League" qaçış yarışında keniyalı atlet Biatris Çebet (Beatrice Chebet) 10000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, idmançı həmin məsafəni 28 dəqiqə 54,14 saniyəyə qət edib.

Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus olub və 2021-ci ildə (29 dəqiqə 01,03 saniyə) rekorda imza atmışdı.

Çebetin 24 yaşı var. O, 5000 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2023) mükafatçısıdır.


Etiketlər:  metr məsafədədünya rekordu qırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ