Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2024 00:22
Almaniya və Ukrayna arasında alman silahlarının necə istifadə edilməsinə dair razılaşma var, lakin bu razılaşma məxfidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Almaniya Müdafiə Nazirliyinin sözçüsü Kristina Rutsi deyib.
"Məsələ ondadır ki, biz müharibəyə qarışmaq istəmirik. Əlbəttə ki, razılaşmalar var, lakin onlar ictimaiyyət üçün deyil və ayrı-ayrı silah sistemləri ilə bağlı deyil", - sözçü bildirib.
Qeyd edək ki, ötən gün Almaniya kansleri Olaf Şolts Ukraynanın alman silahlarından istifadə qaydalarına yenidən baxılmasının və Kiyevə Rusiya ərazisinə zərbələr endirmək imkanının verilməsinin əleyhinə olduğunu bildirib.