Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı aktyor qətlə yetirildi

Amerikalı aktyor qətlə yetirildi

Tarix: 28 May 2024 08:12

Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Skynews" məlumat yayıb.

Qeyd olunub ki, aktyor Los-Ancelesdə güllələnib.

Los-Anceles Polis Departamentinin məlumatına görə, hadisə Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.

Bildirilib ki, Vaktorun avtomobilindən bahalı hissəni oğurlamağa çalışan 3 maskalı şəxs aktyora atəş açıb.

Xəstəxanaya çatdırılan 37 yaşlı aktyor aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, C. Vaktor "General hospital" serialındakı Brando Corbin rolu ilə tanınıb.

Milli.Az


Etiketlər:  Amerikalı aktyor qətlə yetirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ