Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2024 09:40
Əlcəzair müstəmləkəçilik dövründə ölkədən çıxarılan və geri qaytarılmalı olan mədəni sərvətlərin siyahısını Fransaya təhvil verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Mədəni sərvətlərin siyahısı iki ölkənin tarixçilərinin birgə komissiyasının iclasında Əlcəzair tərəfindən təhvil verilib.
Siyahıya Fransanın müxtəlif muzeylərində saxlanılan artefaktlar daxildir. Bunlar 1830-cu ildə Fransanın Əlcəzairi müstəmləkələşdirməsinin başlanğıcından 1962-ci ildə Müstəqillik Müharibəsinin sonuna aiddir.
Bundan əvvəl Əlcəzair Prezidenti Əbdülməcid Tebbun deyib ki, mədəni irs güzəşt və kompromis mövzusu olmamalıdır. Onun sözlərinə görə, Əlcəzair bu məsələlərə obyektiv baxılmasını gözləyir.