Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Tarix: 29 May 2024 15:12

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Bu bayram ölkənin zəngin tarixini, onun sarsılmaz suverenliyini və müstəqilliyini, dünya arenasında nüfuzlu mövqeyini, həmçinin Azərbaycan xalqının birliyini təcəssüm etdirir. Azad olunmuş ərazilərin fəal şəkildə bərpası ölkənin nailiyyətlərinin növbəti örnəyi oldu.

Əminəm ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sürətli inkişaf yolunu uğurla davam etdirəcək. Mehriban qonşular olan ölkələrimiz arasında səmimi münasibətlər isə yeni strateji tərəfdaşlıq əsasında və iqtisadi, təhsil, humanitar, mədəni əməkdaşlıq sahələrində xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.

İcazə verin, Sizə, doğmalarınıza və Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı, xoşbəxtlik və bütün sahələrdə yeni uğurlar naminə tükənməz enerji arzulayım".

xxx

14:53

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

"Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji, sülh, sabitlik və Azərbaycan xalqının tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizi əmin edirik ki, "Mir" Teleradio Şirkəti gələcəkdə də Azərbaycanın həyatını və baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq".

xxx

14:51

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti Həsən Mirzəyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının, Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının, H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan Sizin müdrik rəhbərlinizlə irimiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. 2022-ci ilin fevralında imzalanmış "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətli inkişafına kömək edəcək və bu da dost xalqlarımızın maraqlarına uyğundur.

Bir soydaş kimi, tarixi Vətənimlə fəxr edirəm, onu əziz tuturam və Azərbaycan Respublikasında bütün müsbət dəyişikliklərə səmimi-qəlbdən sevinirəm.

Xüsusi vurğulamaq istəyirəm ki, Siz atanızın - Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında əsasını qoyduğu islahat kursunun layiqli davamçısısınız. Sizin fəal vətənpərvərlik və vətəndaşlıq mövqeyiniz, dövlət əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməyiniz Vətənə layiqli xidmət örnəyidir.

Qoy enerji, gümrahlıq və ruh yüksəkliyi daim Sizinlə olsun! Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər və Azərbaycan xalqının rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına cansağlığı, sülh və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Həsən Mirzəyev

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,

Rusiya Vəkillər Gildiyasının prezidenti,

Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti

H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin rektoru, Rusiya Federasiyasının Əməkdar hüquqşünası,

hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə işçisi".

-------

13:14
 

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün sakinlərini milli bayram - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan mədəniyyəti və tarixi ilə zəngindir. Ölkə bu gün Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələr əldə edir. Azərbaycan dünya səviyyəli mədəniyyət və idman tədbirlərində fəal iştirak edir ki, bu da respublikanın nüfuzunun göstəricisidir.

Şübhəsiz ki, ölkənin əsas sərvəti onun qonaqpərvər, zəhmətkeş və müdrik vətəndaşlarıdır. Onların öz əlləri ilə qurub yaratdıqları dünyanın hər yerindən gələn qonaqları heyran edir.

Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikası arasında səmimi dostluq münasibətləri yaranıb. İnanıram ki, əməkdaşlığımız bundan sonra da respublikalarımızın hərtərəfli inkişafına yönələcəkdir.

Sizə və günəşli Azərbaycanın bütün sakinlərinə möhkəm cansağlığı, əmin-amanlıq və tərəqqi arzulayıram".

-------

13:06

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha çox inkişaf və firavanlıq diləməkdən məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən qardaşlıq və əməkdaşlıq münasibətlərinin artan dinamika ilə inkişafından şad olduğumu bildirirəm. Dost xalqlarımıza xidmət baxımından əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək istəyimi bir daha ifadə edirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

-------

13:00

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi milli bayramınız - Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvəri kimi, Siz xalqınızın rifah halını durmadan yüksəldir və ölkənizin nüfuzunu bütün dünyada artırırsınız.

Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzulayıram".

-------

11:41

Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Qərb və Şərq sivilizasiyalarının mütərəqqi nailiyyətlərini tətbiq edən Azərbaycan Sizin rəhbərliyiniz sayəsində əsas dəyərləri - mədəniyyəti, mənəviyyatı, milli özünəməxsusluğu qoruyub saxlayır. Ölkədə ailə institutu, yaşlı nəslin xidmətlərinə hörmət, vətənpərvərlik hissi möhkəmlənir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edərək "LUKOYL"un Azərbaycanda fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığımı bildirim, həmçinin Sizə və bütün Azərbaycan xalqına xoşbəxt həyat, sülh və tərəqqi arzulayım".

--------

11:39

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun "Birlik" Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatının sədri Ramiz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin və Leninoqorsk rayonunun "Birlik" Azərbaycan Milli-Mədəni Muxtariyyəti yerli ictimai təşkilatı adından Sizi Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin illər boyu apardığınız uğurlu daxili və xarici siyasət öz bəhrələrini verir. Azərbaycan sürətlə inkişaf edərək, yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq arenada layiqli yerini tutub.

Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə sürətlə irəliləyərək təkcə regional deyil, həm də beynəlxalq arenada inamlı və nüfuzlu mövqelər qazanır, sosial-iqtisadi inkişaf yolu ilə addımlayır.

Sizin daimi diqqətiniz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən Tatarıstan Respublikası arasında dostluğa, qardaşlığa, qarşılıqlı hörmətə və xalqlarımızın dəstəyinə əsaslanan ikitərəfli əməkdaşlığın üfüqləri genişlənir. Azərbaycanın inkişafı, onun nüfuzunun artırılması və dünya miqyasında mövqelərinin gücləndirilməsi, həmçinin Rusiyadakı Azərbaycan ictimai təşkilatlarının dəstəklənməsi, ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində gördüyünüz işlərə görə Sizə minnətdarıq. Fəxr edirik ki, müstəqil Azərbaycan dövləti bu gün beynəlxalq miqyasda öz nüfuzunu artırıb.

Cənab Prezident, Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, hər zaman yüksək əhval-ruhiyyə və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Ramiz Məmmədov

Rusiyanın Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin

və Leninoqorsk rayonunun "Birlik" Azərbaycan Milli-Mədəni

Muxtariyyəti yerli ictimai təşkilatının sədri".


Etiketlər:  İlham Əliyevə təbriklər gəlməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ