Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2024 23:21
Soda yay aylarında insanlar tərəfindən müxtəlif məqsədlər üçün çox istifadə edilir.
Sonxeber.net lent.az-a istinadən sodadan düzgün istifadə edilsə, tərəvəzlər sağlam olacaq və yaxşı məhsul verəcək.
Aqronom Anastasiya Kovrijnıx pomidorlara qulluq üçün sodadan istifadə yollarını açıqlayıb.
Pomidorların açıq yerə və ya istixanaya köçürülməsi anı vacib və məsuliyyətlidir. Belə bir dövrdə şitillər çox həssas olur. Buna görə də ona xüsusi diqqət yetirmək lazımdır. Bu zaman sodadan hazırlanmış məhlul köməyə gələcək.
Bunun üçün hər litr su üçün 10 qram soda götürün və əkilmiş pomidorlara tətbiq etməyə çalışın.
Çiçəkləmədən sonrakı dövr də pomidorun inkişafı üçün vacib bir mərhələdir. Ona görə də çiçəkləmə prosesi başa çatdıqdan sonra da bu məhluldan istifadə etmək olar.