Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın Kral Poçtu ilk dəfə əcnəbiyə həvalə olunacaq

Britaniyanın Kral Poçtu ilk dəfə əcnəbiyə həvalə olunacaq

Tarix: 30 May 2024 00:20

Britaniyanın "Royal Mail" poçt xidmətinə rəhbərlik edən ilk əcnəbi çex milyarder Daniel Krzetinski ola bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə poçt operatorunun əsas şirkəti olan IDS məlumat yayıb.

Məlumata görə, şirkətin direktorlar şurası poçt xidmətinin Krzetinskinin holdinqinə satılması ilə bağlı gələn təklifi təsdiqləməyə razılaşıb.

Müqavilənin şərtlərində hər bir səhmə görə 3,7 funt sterlinqə qədər (təxminən 4,7 dollar) ödənilməsi nəzərdə tutulur. Sövdələşmənin ümumi dəyəri 3,568 milyard funt sterlinq (təxminən 4,55 milyard dollar) olaraq qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Britaniyanın Kral Poçtu dəfə əcnəbiyə həvalə olunacaq


RƏYLƏR