Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Yelenaya daha bir vəzifə verdi

Putin Yelenaya daha bir vəzifə verdi

Tarix: 30 May 2024 14:20

Rusiya prezidenti Vladimir Putinin müşaviri Yelena Yampolskaya "Russkiy mir" Fondunun müşahidə şurasının sədri təyin edilib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının rəsmi hüquqi informasiya portalında dərc olunan sərəncamında bildirilir.

Sənəddə Yampolskayanın Rusiya Federasiyası Prezidenti yanında Rus Dili Şurasının tərkibinə daxil ediləcəyi də bildirilir. Vladimir Tolstoy Şuradan çıxarılacaq.

Fərman cümə axşamı, mayın 30-da imzalandığı gündən qüvvəyə minir.

"Russkiy mir" Fondu 2007-ci ildə dövlət başçısının sərəncamı ilə yaradılıb. O, mədəniyyətin və rus dilinin populyarlaşdırılması ilə məşğul olur, onun Rusiyada və xaricdə öyrənilməsi üçün proqramları dəstəkləyir.


Etiketlər:  Putin Yelenaya daha vəzifə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ