Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Natali Portman boşandıqdan sonra məşhur aktyorla görüntüləndi - FOTO

Natali Portman boşandıqdan sonra məşhur aktyorla görüntüləndi - FOTO

Tarix: 31 May 2024 13:10

Aktyorlar Natali Portman və Pol Meskal birlikdə görüntüləniblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 42 yaşlı Natali Portman Londonda 28 yaşlı Pol Meskalla görüntülənib. Məşhurlar "Bar 69"un yanında dayanarkən paparatsiyalara tuş gəliblər. Aktyorlar gülərək siqaret çəkiblər.

Xatırladaq ki, 2009-cu ildə Natali Portman "Qara qu quşu" filminin çəkilişləri zamanı fransız xoreoqraf Benjamen Milpye ilə tanış olub. 2011-ci ildə sevgililərin Alef Milpye-Portman adlı oğlu dünyaya gəlib. 2012-ci ilin yayında Natali və Benjamen evləniblər. 2017-ci ildə aktrisa və rəqqasənin Amalya Milpye-Portman adlı bir qızı da doğulub.

Bu il martın 8-də isə Natali Portmanın xoreoqraf Benjamen Milpye ilə boşanma prosesini başa çatdırdığı barədə məlumatlar yayılıb.

Milli.Az


Etiketlər:  Natali Portman boşandıqdan sonra məşhur aktyorla görüntüləndi FOTO


RƏYLƏR