Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2024 13:50
Xəbər verdiyimiz ki, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovun doğma anası Lalə oğlunun itkin düşdüyünü iddia edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, "Səni axtarıram" verilişində Orxanla bağlı yeni faktlar açıqlanıb. Aparıcı Xoşqədəm Hidayətqızı Orxanın döyüldüyü ilə bağlı xəbər aldığını deyib:
"Orxan yoxa çıxmadan 3 gün əvvəl dostuna zəng vurub deyib ki, məni izləyirlər. Soruşublar ki, nə etmisən? Deyib, bilmirəm, oteldəyəm. Bakıxanın (dostu -red.) taksi kimi sürdüyü maşınla qaçır. İzlənildiyi üçün oradan da qaçıb və hava limanına gedib. Niyə izlənildiyi halda hava limanına gedir və İstanbula uçmağa cəhd edir. Orxanın iki pasportu olub.
Sıradan insan tərəfindən izlənilməyib. Bu adam hansı ağılla hava limanına gedib. Sirrlərlə dolu bir axtarışdır. Deyirlər ki, saxlayanlar onu öldürməzlər. Orxan şəkər xəstəliyindən əziyyət çəkirdi. Onu dəhşətli dərəcədə döyüblər. O döyülmədən sağ çıxa bilərmi bilmirəm. Bakıxanın həyat yoldaşı Sofiya deyib ki, adımı çəkməyin, efirə bağlamayın mənə təhdid var".