Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kredit götürənlərin diqqətinə - Qaydalar dəyişdirildi - VİDEO

Kredit götürənlərin diqqətinə - Qaydalar dəyişdirildi - VİDEO

Tarix: 1 Iyun 2024 14:30

Fiziki şəxslərə kredit verilməsi ilə bağlı yeni qərar verilib. Mərkəzi Bank "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, yeni qərara əsasən fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək.

Yeni qərarla əmək qabiliyyətinin itirilməsi hallarından da sığorta nəzərdə tutulur.

Bununla yanaşı bir sıra xəstəliklər və hallar müqaviləyə əsasən sığorta ödənişindən imtina hesab edilə bilər. Narkotik maddələrin, spirtli içkinin və digər zərərli vərdişlər nəticəsində şəxs həyatını itirərsə onun kredit ödənişi sığorta şirkəti tərəfindən ödənməyəcək.

Eksperlər bildirir ki, yeni qaydalara görə sığorta haqqı  alınan kreditinin minimum  0,1 faizi həcmində hesablanacaq. Kredit götürənin sağlamlıq vəziyyəti və yaşı bu məbləğin formalaşmasında əsas rol oynayır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Kredit götürənlərin diqqətinə Qaydalar dəyişdirildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ