Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölən sevgililərin valideynləri onlara toy etdilər - FOTO

Ölən sevgililərin valideynləri onlara toy etdilər - FOTO

Tarix: 2 Iyun 2024 01:02

Malayziyada avtomobil qəzasında dünyasını dəyişən cütlüyün valideynləri onların evlilik xəyallarını reallaşdırmaq məsdəlilə xəyali nikah təşkil ediblər.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə "AsiaOne" məlumat yayıb.

Perak ştatından olan 31 yaşlı Yonq Kenq Şan və 33 yaşlı Li Xeyinq 3 il idi ki, görüşürdülər və evlənməyi planlaşdırırdılar. Lakin mayın 24-də onlar qəzaya düşüblər. Hadisə yerinə gələn tibb işçiləri cütlüyə kömək edə bilməyib. Şan iyulun 2-də ad günündə Xueyingə evlilik təklifi etməyi planlaşdırırmış.

Qohumları nekroloqda gənclərin evli olduğunu qeyd etmək qərarına gəliblər. Bazar ertəsi, mayın 27-də ailələr dəfn mərasimindən əvvəl onlar üçün kabus kimi toy keçirdiblər. Bu ənənəvi ritual həyatları boyu ər-arvad olmaq şansı olmayan sevgililərin ruhlarını birləşdirmək məqsədi daşıyır. Qohumlar Şan və Xueyinqin xüsusi toy fotosunu da çəkdiriblər.


Etiketlər:  Ölən sevgililərin valideynləri onlara etdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ