Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin MN: Ukraynadakı münaqişə tərəflərini heç vaxt silahla təmin etməmişik

Çin MN: Ukraynadakı münaqişə tərəflərini heç vaxt silahla təmin etməmişik

Tarix: 2 Iyun 2024 08:50

Çin nə Rusiyaya, nə də Ukraynaya silah vermir və ikitəyinatlı malların ixracına ciddi nəzarət edir.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) müdafiə naziri Dun Szyun Sinqapurda keçirilən "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

"Biz heç vaxt münaqişə tərəflərinin heç birinə silah verməmişik. Biz ikitəyinatlı malların ixracına ciddi nəzarət yaratmışıq və heç vaxt vəziyyəti qızışdıracaq heç bir iş görməmişik", - o söyləyib.

Nazir əlavə edib ki, Çin Ukrayna məsələsində həmişə məsuliyyətli mövqe tutub və sülh danışıqlarının tərəfdarı olub.


Etiketlər:  Çin Ukraynadakı münaqişə tərəflərini heç vaxt silahla təmin etməmişik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ