Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin Paşinyanla bağlı qərarı müxalifəti şoka saldı

Putinin Paşinyanla bağlı qərarı müxalifəti şoka saldı

Tarix: 2 Iyun 2024 10:30

Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustindən tutmuş tənqid etdikləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya qədər siyasətçilər var. Rusiyanı idarə edənlərin Nikol Paşinyanı təbrik etmələri radikal müxalifətlə mübarizədə Ermənistan hökumətinin mövqelərini gücləndirir.

Sonxeber.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistanın radikal müxalifət təmsilçiləri son açıqlamalarında Qərb ölkələrini tənqid etməyə başlayıblar, ancaq arxalandıqları Rusiyadan da real dəstək ala bilmədilər:

"Çünki zəifdirlər. Kremlin Nikol Paşinyandan xoşu gəlməsə də, Ermənistanda ona alternativ siyasətçi tapa bilmir, keşiş də işə yaramadı. Buna görə də Kreml hələ ki, Paşinyanla yola davam qərarı verib".

Qeyd edək ki, ötən gün Nikol Paşinyanın 49 yaşı tamam olub.


Etiketlər:  Putinin Paşinyanla bağlı qərarı müxalifəti şoka saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ