Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanslerin Brejnevə hədiyyə etdiyi ''Mersedes'' satışa çıxarıldı

Kanslerin Brejnevə hədiyyə etdiyi ''Mersedes'' satışa çıxarıldı

Tarix: 2 Iyun 2024 23:40

Rusiyada Almaniya kansleri Villi Brandt tərəfindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə hədiyyə edilən "Mersedes-Benz 450 SLC" avtomobili satışa çıxarılıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, avtomobil 1973-cü ildə SSRİ-yə gəlib və SSRİ Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbəri Nikolay Şelokovun oğlu İqor Şelokovda olub.

Avtomobilin yürüşü azdır və vilur salonda aşınma izi yoxdur. "Mersedes"in 4,5 litr həcmə və 225 at gücünə malik V8 mühərriki var. Sürət qutusu üç pilləli hidromexaniki avtomatdır.

Avtomobilin təxmini qiyməti 20 milyon rubl (təxmini 376 min AZN) təşkil edir.

Brejnevə hədiyyə edilən "Mercedes-Benz" Rusiyada yenidən qeydiyyata alınmayıb.


Etiketlər:  Kanslerin Brejnevə hədiyyə etdiyi Mersedes satışa çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ