Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hizbullah hücuma keçdi: yaralılar var

Hizbullah hücuma keçdi: yaralılar var

Tarix: 3 Iyun 2024 06:40

Hizbullahın silahlı birləşmələri günorta saatlarında İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrinə çoxsaylı raket zərbələri endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" televiziyası məlumat yayıb.

Məlumata görə, onlar İsrailin şimalındakı sərhəd bölgələrinə azı 50 mərmi atıb:

"Zərbələr Kiryat Şmona, Marqaliot və Metula şəhərlərində qeydə alınıb. İki israilli qəlpələrdən yaralanıb".

Qeyd edək ki, daha əvvəl Livanın cənubundan atılan 4 kamikadze PUA-sı İsrailin Dəmir Qübbə müdafiə sistemi tərəfindən məhv edilib.

Milli.Az


Etiketlər:  Hizbullah hücuma keçdi yaralılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ