Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar

Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar

Tarix: 3 Iyun 2024 12:44

"Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları üç gün əvvəl Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında qeyri-adi etiraz aksiyası keçiriblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armeniya" məlumat yayıb.

Bundan əvvəl vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan Xarici İşlər Nazirliyində saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.

"Azatazen" təşkilatı Şurasının üzvü İşxan Gevorqyan və aksiyanın digər iştirakçıları özlərini zəncirləyərək birbaşa polis əməkdaşlarının qarşısında dayanıblar.

Milli.Az


Etiketlər:  Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ