Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2024 15:28
"Təcrübədə saxta nikahlara, hansısa miqrasiyanın tələblərindən qaçmaq üçün nikaha daxil olurlar. Məqsədli nikahla əlaqəli yeni layihə üzərində işlənilir. Bir neçə ölkənin təcrübəsinə baxılıb".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev deyib.
O bildirib ki, artıq şəxs nikaha daxil olduğu halda onun məqsədinin nə olduğunu və nikahının dəqiqliyini yoxlaya biləcəklər:
"Çünki məqsədi ortaya çıxarmaq ağır prosesdir. Hazırda məqsədli nikahları ancaq müraciətlər əsasında müəyyən edə bilirik. Yeni hazırlanacaq layihədə bütün bu məsələlər nəzərdə tutulub".