Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Ukraynaya yardımdan imtina etdi

Bu ölkə Ukraynaya yardımdan imtina etdi

Tarix: 3 Iyun 2024 22:46

İsveçrə Senatı Ukraynaya 5,6 milyard dollar və ordunun ehtiyacları üçün 11,1 milyard dollar məbləğində əlavə təcili yardımı rədd edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında yayılan məlumatda bildirilib.

Vurğulanıb ki, orduya və Ukraynaya xərclər nəzərdə tutulduğu üçün hökumət və Senat buna qarşı çıxıb.

Qeyd edək ki, aprel ayında İsveçrə hökuməti 2036-cı ilə qədər Ukraynanın yenidən qurulmasına dəstək üçün 5,5 milyard dollar ayırmaq istədiyini, 2028-ci ilə qədər isə 1,66 milyard dolların ayrılacağını bəyan edib.


Etiketlər:  ölkə Ukraynaya yardımdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ