Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 19:20
21 yaşadək futbolçulardan ibarət millimizin və "Sabah"ın futbolçusu Ozan Can Kökcünün qardaşı Orkun Kökcü yığma seçimini edib.
Qol.az-ın Hollandiya mətbuatına istinadən yaydığı xəbərə görə, "Feyenoord"un 18 yaşlı oyunçu Türkiyə millisində çıxış etmək qərarına gəlib. O, Hollandiyanın U-18 və U-19 komandalarında oynasa da, yığma seçimini Türkiyənin xeyrinə edib.
Orkun Kökcü bu qərarı verməsinin səbəbi haqda da danışıb: "Türkiyədə özümü evimdəki kimi hiss edirəm. Üstəlik, Hollandiya ilə müqayisədə orada daha rahat oynamaq şansımın olacağını düşünürəm. Hollandiyanın aşağı yaş qrupu yığmasının kapitanı olmuşam. Ailəm də həmin ölkəni seçəcəyimi düşünürdü. Qərar vermək çətin oldu. Tez bir zamanda bununla bağlı bir qərara gəlməli idi və bu seçimi etdim".