Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kirkorovun bu ölkəyə giriş qadağası ləğv edildi

Kirkorovun bu ölkəyə giriş qadağası ləğv edildi

Tarix: 4 Iyun 2024 10:10

Kişineu rayon məhkəməsi rusiyalı müğənni Filip Kirkorovun Moldovaya girişinə 2022-ci ildə qoyulmuş qadağanı ləğv edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumat respublika məhkəmələrinin vahid portalında yer alıb.

Məhkəmə Kişineu Beynəlxalq Hava Limanının sərhəd polis idarəsinin çıxardığı 28 iyul 2022-ci il tarixli qərarı ləğv edib.

O zaman İstanbuldan təyyarə ilə gələn sənətçi Moldovaya buraxılmayıb. VIP salonda pasport nəzarətindən keçərkən sərhəd polisi ifaçının ölkəyə girişinin qadağan olunduğunu bildirib.

Milli.Az


Etiketlər:  Kirkorovun ölkəyə giriş qadağası ləğv edildi


RƏYLƏR