Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: İnkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik

İlham Əliyev: İnkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik

Tarix: 4 Iyun 2024 12:03

Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik. Biz onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.

"Çünki bizdə, Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir. Biz bu işə məsuliyyətlə yanaşırıq", - deyə dövlətimizin başçısı əlavə edib.


Etiketlər:  İlham Əliyev İnkişafda olan kiçik dövlətləri ilə fəal işləyirik


RƏYLƏR