Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo ''Real''a keçən Mbappeyə müraciət etdi: ''Madridə gedək!''

Ronaldo ''Real''a keçən Mbappeyə müraciət etdi: ''Madridə gedək!''

Tarix: 4 Iyun 2024 19:52

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo PSJ-dən "Real Madrid"ə keçən fransız hücumçu Kilian Mbappeyə müraciət edib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Ronaldo təbrikini belə çatdırıb:

"Santyaqo Bernabeuda səni görməyə şad olaram... Madridə gedək!".

3 iyun 2024-cü ildə "Real Madrid" Kilian Mbappe ilə müqavilə imzaladığını elan edib.

Futbolçunun "Real"la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe əvvəllər PSJ-də çıxış edib. Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. Nüfuzlu "Transfermarkt" internet portalı fransız forvardın bazar dəyərini 180 milyon avro qiymətləndirir.


Etiketlər:  Ronaldo Reala keçən Mbappeyə müraciət etdi Madridə gedək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ