Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Andrey Lunyov azarkeşlərə təşəkkür etdi

Andrey Lunyov azarkeşlərə təşəkkür etdi

Tarix: 4 Iyun 2024 22:04

Əziz azarkeşlər, bu mövsüm bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ" komandası ilə yollarını ayıran Andrey Lunyov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Rusiyalı qolkiper uğur və uğursuzluq dövründə həmişə komandanın yanında olan azarkeşlərə təşəkkür edib:

"Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm".

Qeyd edək ki, 2023-cü ilin yayından "köhlən atlar"da çıxış edən A.Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub.


Etiketlər:  Andrey Lunyov azarkeşlərə təşəkkür etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ