Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Rusiya ilə bağlı sensasion qərara hazırlaşır

Almaniya Rusiya ilə bağlı sensasion qərara hazırlaşır

Tarix: 5 Iyun 2024 09:08

Ukrayna öz xalqının həyatını qorumaq üçün Rusiyanın hücumlarının qarşısını almalıdır və qadağa yalnız daha çox ukraynalının ölümünə səbəb olacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansler Robert Habek kansler Olaf Şoltsdan Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirilməsinə icazə verilməsini tələb edərkən bildirib.

O qeyd edib ki, gec qərar verilməsində Şoltsu günahlandırmaq olmaz:

"Bu yanlış sözdür. Qəbul edilməli olan son dərəcə çətin qərarlar var və buna görə də hər şeyi diqqətlə ölçmək yaxşıdır. Belə olan halda düzgün qərar verilir".

Bildirilir ki, iyunun 6-da Almaniya kansleri Bundestaqda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı hökumət bəyanatı verməyi planlaşdırır.

Qeyd edək ki, Almaniya Ukraynaya tədarük etdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyin qatı əleyhdarı kimi çıxış edir.


Etiketlər:  Almaniya Rusiya ilə bağlı sensasion qərara hazırlaşır


RƏYLƏR