Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden: ABŞ ordusu Tayvana yeridilə bilər

Bayden: ABŞ ordusu Tayvana yeridilə bilər

Tarix: 5 Iyun 2024 12:00

ABŞ Prezidenti Co Bayden Çinin işğalı halında Tayvana kömək etmək üçün ABŞ ordusunun cəlb edilməsinin mümkünlüyündən danışıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Bayden bu barədə "Time" nəşrinə verdiyi müsahibəsində deyib.

"Mən ABŞ hərbi qüvvələrinin istifadəsini istisna etmirəm. Quruda, hava qüvvələrinin, dəniz qüvvələrinin yerləşdirilməsi arasında fərqlər var", - deyə o, Çinin işğalı halında ABŞ-nin Tayvanda ABŞ qoşunlarını yerləşdirə biləcəyi ilə bağlı suala cavab verib.

Eyni zamanda, Bayden ABŞ-nin Filippin və Yaponiyadakı bazalarından zərbələr endirmək üçün istifadə edə biləcəyinə dair suala cavab verməkdən imtina edib.


Etiketlər:  Bayden ABŞ ordusu Tayvana yeridilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ