Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçu hakimi döyüb xəstəxanalıq etdi - VİDEO

Futbolçu hakimi döyüb xəstəxanalıq etdi - VİDEO

Tarix: 5 Iyun 2024 16:32

Rusiyanın Kemerovo vilayətində keçirilən Kuzbass Kuboku matçında futbolçu tərəfindən döyülən hakim xəstəxanaya yerləşdirilib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə "Yunost-sənaye" və "Şeqlovski Pivovar" komandalarının görüşü zamanı baş verib. "Yunost"un müdafiəçisi Vasili Kozlov qaydaları pozub, buna görə baş hakim Sergey Zaqudenkov ona qırmızı vərəqə göstərib. Bundan sonra Kozlov hakimə hücum edərək, onun üzünə bir neçə yumruq zərbəsi endirib. Zaqudenkov yıxılaraq huşunu itirib, bundan sonra xəstəxanaya yerləşdirilib.

İnsident nəticəsində futbolçu qeyri-müəyyən müddətə bütün yarışlardan kənarlaşdırılıb. Zərərçəkmiş onun əleyhinə polisə ərizə yazaraq, cinayət işi başlanmasına çalışacaq.


Etiketlər:  Futbolçu hakimi döyüb xəstəxanalıq etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ