Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2024 07:12
Şimal-Cənub dəhlizinə gəldikdə, o çox yaxşı, böyük tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Buradan yüklər sizin və mənim olduğumuz yerdən - Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək. Məncə, bu, Süveyş kanalından təxminən on gün daha tezdir. Pis heç nə demək istəmirik, Süveyş kanalı, əksinə, dünya ticarəti üçün çox gərəklidir. Ancaq bu dəhliz, malların Şimala və Cənuba, əks istiqamətə çatdırılması üçün əlavə və çox səmərəli yol olacaq. Məncə, 10 gün daha tez başa gələcək. Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq burada hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq. Mən bilirəm ki, Prezident Əliyev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmişik. İran rəhbərliyi də bu layihəni dəstəkləyir", - Putin qeyd edib.