Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2019 09:24
Bakı. Trend:
Noyabrın 23-də Çilidə keçirilən etiraz aksiyalarında ən az 127 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, zərərçəkənlər arasında həm asayiş keşikçiləri, həm də mülki şəxslər var. Etirazçılar mitinqlər zamanı binaları yandırıb və polis bölmələrinə hücum ediblər. Ümumilikdə noyabrın 23-də ölkə daxilində polis tərəfindən 300-ə yaxın nümayişçi saxlanılıb.
İğtişaşlara çevrilən etiraz aksiyaları və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar 14 oktyabrda Santyaqoda, hökümətin metroda gediş haqlarının qiymətlərini artırmaq qərarına gəldikdə başlayıb. Daha sonra nümayişlər digər şəhərlərə də keçib. İğtişaşlar zamanı 20-dən çox insan şiddətin qurbanı olub, 2,3 mindən çox insan yaralanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin