Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2024 12:24
2024-cü ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,8 milyard dollara bərabər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin may ayında Türkiyə 424,6 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 5,7 faiz azdır," - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2023 - may 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.