Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu meyvələr demensiyadan qoruyur

Bu meyvələr demensiyadan qoruyur

Tarix: 6 Iyun 2024 22:00

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir ad) qoruduğu bəlli olub.

12 həftəlik araşdırma zamanı yüngül idrak pozğunluğu olan 30 şəxs arasında müşahidə aparılıb. 50-65 yaş arası iştirakçıların yarısına gündə çiyələk və qaragilə verilib. İştirakçıların uzunmüddətli yaddaşı, əhval-ruhiyyəsi və metabolik sağlamlığı izlənilib. Çiyələk və qaragilə yeyənlərin yaddaşında güclənmə olduğu, daha çox söz əzbərlədiyi bildirilib.

Təcrübə aparılan şəxslər arasında depressiya meyilliyi azalıb.


Etiketlər:  meyvələr demensiyadan qoruyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ