Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makronun arvadı əlini uzatdı, kraliça onu saymadı

Makronun arvadı əlini uzatdı, kraliça onu saymadı

Tarix: 7 Iyun 2024 06:40

Britaniya monarxı III Çarlzın həyat yoldaşı Kraliça Kamilla Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin onun əlini sıxmaq cəhdinə məhəl qoymayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Deyli Meyl" qəzeti məlumat yayıb.

Hadisə Vers-sur-Merin Norman kommunasında Britaniya memorialının yaxınlığında baş verib.

Yayımlanan videoya görə, Kamilla və Bricit abidənin önünə əklillər qoyublar, bundan sonra Fransanın birinci xanımı əlini uzatsa da, kraliça onun jestinə cavab verməyib.

"Xoşagəlməz məqam: Bricit Makron Normandiyadakı "D-Day" memorialında Kraliça Kamillanın əlindən tutmağa çalışaraq kraliyyət protokolunu pozur", - deyə bildirilib.

Milli.Az


Etiketlər:  Makronun arvadı əlini uzatdı kraliça saymadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ