Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dedim ki, Azərbaycanda millət vəkili olacağam''

''Dedim ki, Azərbaycanda millət vəkili olacağam''

Tarix: 7 Iyun 2024 06:55

Türkiyəli məşhur aktyor Oktay Kaynarca azərbaycanlıların ona olan sevgisindən danışıb.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, "Biz-bizə" verilişində qonaq olan sənətçi ölkəmizdə bu qədər pərəsətişkarının olmasına təəccübləndiyini bildirib:

"Azərbaycan mənim üçün çox maraqlı bir ölkədir. Sevgiləri məni çox təəccübləndirir, özlərindən biri kimi görürlər. İnstaqramda məni ən çox izləyən şəhərlər arasında Bakı üçüncü sıradadır. Çox qəribə bir şeydir. Artıq mən də alışmışam. Axırda dedim ki, gedib Azərbaycanda deputat olacağam".

Qeyd edək ki, Oktay Kaynarca sonuncu dəfə "Mən bu cahana sığmazam" serialında rol alıb.


Etiketlər:  Dedim Azərbaycanda millət vəkili olacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ