Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankarada güclü yağış can aldı - FOTOlar

Ankarada güclü yağış can aldı - FOTOlar

Tarix: 7 Iyun 2024 07:44

Türkiyənin paytaxtı Ankarada yağan güclü yağış səbəbindən bəzi küçə və prospektlərdə su yığılıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb. Nəqliyyatın sıx olduğu bəzi yerlərdə qəzalar baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Sincan rayonu Menderes məhəlləsində yağışdan qorunmaq istəyən 2 nəfər böyük ölçülü lövhənin altına sığınıb. Fırtınanın qopardığı lövhə onların üzərinə düşüb. Hadisə yerinə sağlamlıq, polis və xilasetmə qrupları çağırılıb.

Təcili tibbi yardım qrupları qadının hadisə yerində öldüyünü, digər yaralının isə xəstəxanaya aparıldığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Ankarada güclü yağış aldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ