Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə əməliyyat - 30 nəfər saxlanıldı

Türkiyədə əməliyyat - 30 nəfər saxlanıldı

Tarix: 7 Iyun 2024 20:24

Türkiyənin Ordu, İzmir, Kocaeli, Antalya, Tekirdağ və Ankara vilayətlərində "KUYU-3" əməliyyatları keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.

O qeyd edib ki, əməliyyatlar zamanı 30 şübhəli saxlanılıb:

Ordu şəhərində yerləşən 5 vilayətdə iki ayrı Mütəşəkkil Cinayət Təşkilatına qarşı "KUYU-3" əməliyyatı keçirilib. Keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvü olan 30 şübhəli saxlanılıb.

İstəyirəm əziz millətimiz bilsin ki, istənilən ölçüdə mütəşəkkil cinayətkar təşkilatları sıradan çıxarmaq və onları məsuliyyətə cəlb etmək əzmindəyik.

Millətimizin duaları və dəstəyi ilə mütəşəkkil cinayət təşkilatlarına qarşı əməliyyatlarımız həm səhər, həm də axşam saatlarında qətiyyətlə davam edəcək".

Milli.Az


Etiketlər:  Türkiyədə əməliyyat nəfər saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ