Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ilə münasibətlər korlanıb, anlaşmalıyıq - Baqrat

Rusiya ilə münasibətlər korlanıb, anlaşmalıyıq - Baqrat

Tarix: 7 Iyun 2024 21:28

Moskva ilə münasibətlərdə mövcud hüquqi və müqavilə bazasına qayıtmaq lazımdır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu "Vətən naminə Tavuş" revanşist hərəkatının lideri Baqrat Qalstanyan bildirib.

"Ermənistan-Rusiya münasibətləri bu gün xeyli dərəcədə korlanıb və ölkələrə keyfiyyətcə yeni və dərin dialoq lazımdır", - o deyib.

Onun sözlərinə görə, bu dialoq artıq mövcud razılaşmalara əsaslanmalıdır:

"Təbii ki, Rusiya tərəfi üçün çoxlu suallar var, lakin normallaşdırılmalı olan hüquqi və müqavilə münasibətləri var. Bizim münasibətlərimiz son dərəcə dərin dialoq və qarşılıqlı anlaşma tələb edir. Bu mərhələdə biz bu əlaqələrin yoxluğundayıq. Problemlər çoxdur, lakin biz bütün bu məsələləri qarşılıqlı anlaşma və dialoq səviyyəsində həll etməyə hazır olmalıyıq.

Heç bir halda bir ölkə ilə münasibətlər digər dövlətlə münasibətlərdən fərqli olaraq inkişaf etdirilməməlidir. Ermənistanın siyasətində "anti" olmamalıdır və İrəvan hər şeydə erməni maraqlarına riayət etməlidir".


Etiketlər:  Rusiya ilə münasibətlər korlanıb anlaşmalıyıq Baqrat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ