Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Əli Kərimli xəyanətkarlığın, xalqa qarşı düşmənçiliyin bariz nümunəsidir

Deputat: Əli Kərimli xəyanətkarlığın, xalqa qarşı düşmənçiliyin bariz nümunəsidir

Tarix: 24 Noyabr 2019 15:54

Bakı. Elçin Mehdiyev – Trend:

Bütün xalq bilir ki, Əli Kərimli həyatı boyu satqınlıqla, xəyanətkarlıqla məşğul olub. O daim öz həmkarlarına, xalqa, siyasi lideri olan Əbülfəz Elçibəyə qarşı xəyanətkarlıq edib. Bu gün də o öz ambulasındadır və xəyanətkarlıq missiyasını davam etdirir. Bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, müxalifət düşərgəsində baş verən hadisələr Əli Kərimlinin satqınlıq və xəyanətkarlıq missiyası üçün əlverişli şərait yaradıb:

“Belə ki, Müsavat Partiyasının “miqrant alveri” ilə rüsvay olması, eyni zamanda Oqtay Gülalıyevin ağır vəziyyətə düşməsi Əli Kərimlini xeyli həvsləndirib. O yenə də xəyanətkarlıq missiysını həyata keçirərək boşalan pozisiyaları ələ keçirməyə çalışır. Belə ki, Əli Kərimli Tofiq Yaqublunu önə çəkrək əvvəlcə Oqtay Gülaliyevin "hüquq müdafisəçisi" pozisiyasını, gələcəkdə isə Müsavat başqanlığını ələ keçirmək istəyir. Əli Kərimli bu kimi pozisiyaların “ovçu”sudur. O istəyir ki, bu yolla Arif Hacılını və İsa Qəmbəri də sıradan çıxararaq müxalfət düşərgəsində əhtəsini genişləndirsin.

Yəni Əli Kərimli başqa vaxt həmkar dediyi adamların arxasından iş çevirir, hətta Oqtay Gülalıyevin ağır vəziyyətdə olması onu zərrə qədər də geri çəkindirmir. Göründüyü kimi Əli Kərimli üçün heç bir dəyər yoxdur, onun məqsədi, amalı yalnız xəyanət yolu ilə öz çirkin planlarını həyata keçirməkdir”.

İ.Məmmədov vurğulayıb ki, belə bir adamın hakimiyyət iddiasında olması xalqın fəlakəti deməkdir: “Əslində Əli Kərimlinin bu hərəkətlərində təəcüblü bir şey yoxdu. Əli Kərimli öz ampulasında hərəkət edir. Buna başqa ad vermək olmaz. Əli Kərimli xəyanətkarlığın, xalqa qarşı düşmənçiliyin bariz nümunəsidir. O öz xəyanətkarlığını bir mikrob kimi yaymağa çalışır. Əli Kərimlinin iç üzü çoxdan ifşa olunub, o, əlinə düşən fürsətən yararlanaraq dağıdıcı fəaliyyətini həyata keçirməkdə mahir bir oyunçudur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Əli Kərimli xəyanətkarlığın xalqa qarşı düşmənçiliyin bariz nümunəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ