Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 18:16
Rusiyanın Kostroma vilayətinin sakini anasını hamamda döyüb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, 20 yaşlı oğlan mobil internet haqqını ödəmək üçün anasından pul istəyib. O, rədd cavabı aldıqdan sonra yumruqları ilə qadına hücum edib.
Qadının qışqırtısını eşidən qonşular polisə müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayana qədər, oğlan anasının bank kartından pul oğurlayıb və mütəmadi olaraq onu döyüb. Oğula qarşı cinayət işi açılıb, adamı 7 ilə qədər həbs gözləyir.