Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənclərimiz də Slovakiyaya uduzdu

Gənclərimiz də Slovakiyaya uduzdu

Tarix: 8 Iyun 2024 20:30

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, U-21 Senec Məşq Mərkəzində Slovakiya yığması ilə qarşılaşıb.

Görüş rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində qolları 70-ci dəqiqədə Samir Abdullayev və 89-cu dəqiqədə Ağadadaş Salyanski vurublar.

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 11-də, saat 20:00-da, "Liv Bona Dea Arena"da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Milli.Az


Etiketlər:  Gənclərimiz Slovakiyaya uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ