Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden və Makron görüşdü: Bakıdan nə istəyirlər?

Bayden və Makron görüşdü: Bakıdan nə istəyirlər?

Tarix: 9 Iyun 2024 13:14

ABŞ Prezidenti Co Bayden və Fransa lideri Emmanuel Makronun görüşündə "Cənubi Qafqaz məsələləri" də müzakirə edilib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ukraynada müharibənin daha da şiddətləndiyi və ciddi müzakirələrin getdiyi bir vaxtda ABŞ və Fransa liderlərinin Cənubi Qafqazı "unutmaması" diqqət çəkir.

"ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyirlər", - görüşlə bağlı Ağ Evin saytında dərc olunan yekun bəyanatda deyilir.

Azərbaycanın İkinci Qarabağ savaşında qələbəsindən və xüsusilə 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı ilə Qarabağda separatizm ocağını tamamilə məhv etməsindən sonra ABŞ, o cümlədən AB-nin lideri olan ölkələrin açıqlamalarında "sərhəd toxunulmazlığı", "ərazi bütövlüyü" ilə bərabər "ədalətli sülh" ifadəsindən də maksimum istifadə edilir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğalda olarkən Qərbin, eləcə də Rusiyanın verdiyi açıqlamalarda bu "ədalətli sülh", "suverenlik", "ərazi bütövlüyü" sözlərinə çox nadir hallarda rast gəlinirdi, bu 3 "prinsipin" bir yerdə səslənməsi isə heç vaxt olmayıb.

Bütün bu bəyanatlar Ermənistanın hazırda delimitasiya və demarkasiya ilə bağlı mövqeyini gücləndirmək və bəzi ərazilərdə ələ keçirdiyi torpaqları "qanuniləşdirmək" cəhdlərinə dəstək məqsədlidir.

Qeyd edək ki, Fransa və ABŞ liderləri Emmanuel Makron və Co Bayden iyunun 8-də Parisdə danışıqlar aparıblar.


Etiketlər:  Bayden Makron görüşdü Bakıdan istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ