Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” və “Neftçi” dünya reytinqində gerilədi

“Qarabağ” və “Neftçi” dünya reytinqində gerilədi

Tarix: 10 Iyun 2024 09:32

Klubların dünya reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS-in cədvəlində dünyanın ən yaxşı 507 klubu yer alıb.

Azərbaycan siyahıda dörd klubla təmsil olunub. "Qarabağ" 183,75 xalla dünyanın 53-cü komandasıdır. Qurban Qurbanovun komandası ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.

"Zirə" növbəti böyük sıçrayışa imza atıb. Qəsəbə klubu 15 pillə irəliləyib. Rəşad Sadıqovun yetirmələri 62,25 xalla 369-cudur.

"Sabah" isə 17 pilləlik sıçrayışa nail olub. 60,75 xala malik Bakı təmsilçisi 388-cidir.

"Neftçi" 59,25 xalla 403-cüdür. Bakılılar 5 pillə geriləyib.

Qeyd edək ki, cədvələ "Mançester Siti" başçılıq edir - 401 xal.

Milli.Az


Etiketlər:  Qarabağ Neftçi dünya reytinqində gerilədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ