Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropadakı yerimiz bəlli oldu

Avropadakı yerimiz bəlli oldu

Tarix: 10 Iyun 2024 10:28

Azərbaycan klublarının Avropadakı mövqeləri bəlli olub.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, İFFHS dünya reytinqinə daxil edilən Premyer Liqanın 4 komandası "Köhnə qitə"nin də ən yaxşıları arasında yer alıb.

Ümumiyyətlə, planetin 507 ən yaxşı komandasından 296-sı Avropanı təmsil edir. Ən yaxşı Azərbaycan klubu "Qarabağ"dır.

Ağdam təmsilçisi 183,75 xalla qitənin 35-cisidir. "Zirə" 62,25 xalla 215-ci, "Sabah" 60,75 xalla 225-cidir. 59,25 xalı olan "Neftçi" isə Avropada 235-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, həm dünyanın, həm Avropanın ən yaxşısı "Mançester Siti"nin 401 xalı var.


Etiketlər:  Avropadakı yerimiz bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ